Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Cüdoçumuz üçüncü yer uğrunda görüşdə İspaniya təmsilçisi Anton Şuxaliyevi məğlub edib.