AZ

Hidayət Heydərov Tbilisidə bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

SİA-nın məlumatına görə o, təsəlliverici qarşılaşmada Gürcüstanı təmsilçisi Giorgi Teraşviliyə qalib gəlib və bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada isə İspaniyanı təmsil edən Anton Şuxaliyevə qalib gələrək bürünc medala sahib çıxıb.

Mətləb

Seçilən
56
3
sia.az

10Mənbələr