RU

Tehranın son gedişi: "İstənilən təşəbbüsə açığıq" – Əraqçidən ABŞ-a vasitəçi mesajı

İranın Xarici İşlər naziri Abbas Əraqçi Yaponiyanın "Kyodo News" agentliyinə verdiyi eksklüziv müsahibədə Tehranın davam edən hərbi münaqişə ilə bağlı rəsmi mövqeyini açıqlayaraq, sadəcə müvəqqəti atəşkəs deyil, müharibənin "tam, hərtərəfli və birdəfəlik dayandırılması" tərəfdarı olduqlarını bəyan edib.

Musavat.com xəbər verir ki, nazir İranın istənilən sülh təşəbbüslərinə açıq olduğunu və bir neçə ölkənin hazırda vasitəçilik səyləri göstərdiyini bildirib. Əraqçi qeyd edib ki, müharibənin dayandırılması üçün irəli sürülən hər hansı təklif mütləq şəkildə gələcəkdə hücumların təkrarlanmayacağına dair zəmanətləri və dəymiş ziyanın ödənilməsini ehtiva etməlidir. Diplomatiyanın davam etməsinə baxmayaraq, nazir ABŞ-ın hələ də real tənzimləməyə hazır olmadığını və hərbi təzyiqi artırmaqda davam etdiyini vurğulayıb.

Müsahibədə Hörmüz boğazı məsələsinə də toxunan Əraqçi, boğazın tam bağlanmadığını, sadəcə İrana hücum edən ölkələrin gəmilərinə məhdudiyyət qoyulduğunu bildirərək, Yaponiya kimi dost ölkələrin gəmilərinin təhlükəsiz keçidinə kömək etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Ekspertlər Əraqçinin bu çıxışını Tehranın ağır hərbi itkilər fonunda diplomatiya yolu ilə "milli şərəfini" qoruyaraq müharibədən çıxmaq cəhdi kimi qiymətləndirirlər.

Musavat.com

Избранный
44
1
musavat.com

10Источники