AZ

Tramp: İsrail Cənubi Pars qaz yatağına hücum edib, amma ABŞ bu planlarından xəbərsiz olub

ain.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Tramp: İsrail Cənubi Pars qaz yatağına hücum edib, amma ABŞ bu planlarından xəbərsiz olub

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası İsrailin İranın Cənubi Pars qaz yatağına zərbə endirməsi barədə əvvəlcədən məlumatlandırılmayıb. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ prezidenti özünün “Thuth Social” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, zərbə nəticəsində "yatağın nisbətən kiçik bir hissəsi zərər görüb".

"İsrail İranda "Cənubi Pars" qaz yatağı kimi tanınan böyük bir obyekti qəddarcasına vurdu. Yatağın nisbətən kiçik bir hissəsi zərər gördü. ABŞ bu hücumdan xəbərsiz idi və Qətər heç bir şəkildə buna qarışmamışdı və bunun baş verəcəyi barədə heç bir təsəvvürü yox idi", - Donald Tramp “Thuth Social” sosial şəbəkəsində yazıb.

ABŞ prezidentinin sözlərinə görə, İran "bu halda çox günahsız olan Qətərə" hücumlardan imtina edərsə, İsrail artıq Cənubi Parsa hücum etməyəcək. Əks halda, cənab Tramp "bütün yatağı İranın əvvəllər görmədiyi bir güclə partlatmağa" söz verib.

Eyni zamanda, “Associated Press”-in mənbəsi bildirib ki, ABŞ İsrailin Cənubi Parsa zərbə endirmək planları barədə məlumatlandırılıb, lakin bunda iştirak etməyib.

Xatırladaq ki, martın 18-də İsrail İranın cənubundakı qaz infrastrukturuna zərbələr endirib. Dünyanın ən böyük karbohidrogen yatağı olan Cənubi Parsda bir neçə obyekt sıradan çıxarılıb. Buna cavab olaraq, İran BƏƏ, Qətər və Səudiyyə Ərəbistanının neft-qaz obyektlərinə zərbələr endirəcəyini vəd edib. Həmin gün axşam Qətərdə dünyanın ən böyük LNG zavodu raket atəşinə tutulub, martın 19-na keçən gecə isə BƏƏ-də qaz emalı zavodu vurulub.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
50
oxumeni.az

10Mənbələr