RU

Rusiya Azərbaycandan elektrik enerjisi alışını artırıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Rusiyaya 10,4 milyonkVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-inDövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdəelektrik enerjisinin ixracından əldə olunan gəlir 558 min ABŞdolları olub.

Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin yanvar ayındakıgöstərici ilə müqayisədə həcm ifadəsində 1,2 milyon kVt/saat və ya12,8%, dəyər ifadəsi ilə isə 204 min ABŞ dolları, yaxud 1,6 dəfəartıb.

Eyni zamanda, 2026-cı ilin yanvar ayında Rusiyadan Azərbaycana307 min ABŞ dolları dəyərində, 7,8 milyon kVt/saat həcmindəelektrik enerjisi ixrac edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 98 min ABŞ dolları və ya 46,9% çox, həcm ifadəsində isə101 min kVt/saat və ya 1,3% azdır.

2026-cı ilin yanvar ayında Azərbaycandan ümumilikdə iki ölkəyə -Rusiya və İran İslam respublikasına 640 min ABŞ dolları dəyərində13,3 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin eynidövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyərifadəsində 7,1 milyon ABŞ dolları və ya 12,1 dəfə, həcm baxımındanisə 127,6 milyon kVt/saat və yaxud 10,6 dəfə azdır. İllikmüqayisədə həcmin bu qədər azalması hesabat ayı ərzində Gürcüstanaelektrik enerjisi ixracının qeydə alınmaması ilə bağlıdır. Belə ki,ötən ilin yanvar ayında Azərbaycandan Gürcüstana 7,3 milyon ABŞdolları dəyərində 128,7 milyon kVt/saat elektrik enerjisi ixracedilmişdi.

Bundan başqa, bu ilin yanvar ayında Azərbaycan iki ölkədən –Rusiya və Gürcüstandan 309 min ABŞ dolları dəyərində 7,8 milyonkVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni ayındakıgöstərici ilə müqayisədə dəyər baxımından 19 min ABŞ dolları və ya6,5% çox, həcm ifadəsində isə 2,9 milyon kVt/saat və ya 27,1%azdır.

Məqalədə:
Избранный
87
8
az.trend.az

9Источники