RU

Qazaxıstan AZAL təyyarəsinin qəzası üzrə bütün texniki ekspertizaları əldə edib

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qazaxıstan Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin texniki araşdırılması üçün lazım olan bütün ekspertiza nəticələrini istehsalçılardan alıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

Onun sözlərinə görə, araşdırma davam edir və GPS-trekerlər, naviqasiya avadanlıqları, eləcə də təyyarə istehsalçısından alınan bütün zəruri ekspertiza nəticələri artıq əldə olunub. Hazırda bu nəticələr ümumiləşdirilir və komissiya iştirakçıları ilə razılaşdırılacaq.

Bozumbayev qeyd edib ki, hazırda komissiya üzvləri ilə birlikdə yekunların hazırlanması prosesi gedir.

O bildirib ki, komissiyaya Azərbaycan, Qazaxıstan və Rusiya ekspertləri, həmçinin Embraer şirkətinin nümayəndələri və Beynəlxalq Mülki Aviasiya Təşkilatının təmsilçiləri daxildir. Onun sözlərinə görə, beynəlxalq standartlara uyğun olaraq, Qazaxıstan yaxın bir neçə ay ərzində texniki araşdırmanın yekunlarını təqdim etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
58
1
unikal.az

10Источники