AZ

Qazaxıstan AZAL təyyarəsinin qəzası üzrə bütün texniki ekspertizaları əldə edib

Yenicag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qazaxıstan Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin texniki araşdırılması üçün lazım olan bütün ekspertiza nəticələrini istehsalçılardan alıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

Onun sözlərinə görə, araşdırma davam edir və GPS-trekerlər, naviqasiya avadanlıqları, eləcə də təyyarə istehsalçısından alınan bütün zəruri ekspertiza nəticələri artıq əldə olunub. Hazırda bu nəticələr ümumiləşdirilir və komissiya iştirakçıları ilə razılaşdırılacaq.

Bozumbayev qeyd edib ki, hazırda komissiya üzvləri ilə birlikdə yekunların hazırlanması prosesi gedir.

O bildirib ki, komissiyaya Azərbaycan, Qazaxıstan və Rusiya ekspertləri, həmçinin Embraer şirkətinin nümayəndələri və Beynəlxalq Mülki Aviasiya Təşkilatının təmsilçiləri daxildir. Onun sözlərinə görə, beynəlxalq standartlara uyğun olaraq, Qazaxıstan yaxın bir neçə ay ərzində texniki araşdırmanın yekunlarını təqdim etməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
1
yenicag.az

10Mənbələr