İtkin düşən, axtarışda olan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
Martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.