Ötən gün itkin düşən 14 nəfər tapılıb.
Bu barədə Azreform.info -a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.