ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 117,6 milyon ABŞ dolları təşkil edib.
Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 13,3 milyon ABŞ dolları və ya 12,8% çoxdur.
Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,88%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 9-cu pillədə qərarlaşıb.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İrana 2,4 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52 min ABŞ dolları və ya 2,1% azdır.
Hesabat dövründə İrandan Azərbaycana isə 115,3 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,4 milyon ABŞ dolları və ya 13,1% artım deməkdir. Bununla da hesabat dövründə İran Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar və ya 29,6% azdır.
Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın, 2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard dollar və ya 1,6 dəfə azalıb.
Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə çoxdur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.