AZ

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Çin arasındaticarət əməliyyatlarının həcmi 779,4 milyon ABŞ dolları təşkiledib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 34 milyon ABŞ dolları və ya 4,6% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 12,44%-i həcmində olub. Bununla da sözügedənölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədəqərarlaşıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Çinə 21,6 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 10,7 milyon ABŞ dolları və ya təqribən 2 dəfəçoxdur.

Hesabat dövründə Çindən Azərbaycana isə 757,8 milyon ABŞ dollarıdəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilineyni dövrü ilə müqayisədə 23,3 milyon ABŞ dolları və ya 3,2% artımdeməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çoxməhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar vəya 29,6% azdır.

Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın,2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyarddollar və ya 1,6 dəfə azalıb.

Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfəçoxdur.

Seçilən
46
2
az.trend.az

6Mənbələr