RU

ABŞ Yaxın Şərq ölkələrinə $23 milyardlıq silah satışını təsdiqləyib

ABŞ administrasiyası Yaxın Şərqdəki müttəfiqlərinə ümumilikdə 23 milyard dollar dəyərində silah satışını təsdiqləyib.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, paket çərçivəsində BƏƏ, Küveyt və İordaniyaya müxtəlif hərbi texnika və sistemlərin tədarükü nəzərdə tutulur.

ABŞ Dövlət Departamenti daha əvvəl 16 milyard dollar dəyərində satışa icazə verib. Bu paketə BƏƏ üçün hava hücumundan müdafiə sistemləri və bombalar, eləcə də Küveyt üçün hava hücumundan müdafiə avadanlıqları daxildir.

Nəşrin məlumatına görə, əlavə olaraq ABŞ administrasiyası BƏƏ üçün daha 7 milyard dollarlıq silah satışını da təsdiqləyib.

Bu paketə “Patriot” sistemləri üçün PAC-3 raketləri (təxminən 5,6 milyard dollar) və CH-47 “Chinook” helikopterləri (təxminən 1,32 milyard dollar) daxildir.

Qeyd olunur ki, bu əlavə satış paketi əvvəl təsdiqlənmiş müqavilələrin davamı hesab olunduğundan, ABŞ hakimiyyəti bu barədə ictimaiyyətə hesabat verməyə borclu deyil.

MənbəAPA
Избранный
39
2
banker.az

9Источники