AZ

ABŞ dan 23 milyardlıq ADDIM: Yaxın Şərq “qan çanağı”na çevriləcək KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ administrasiyası Yaxın Şərqdəki müttəfiqlərinə ümumi dəyəri 23 milyard dollar olan silah satışını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri məlumat yayıb.

Məlumata görə, paket çərçivəsində müxtəlif hərbi texnika və sistemlərin Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İordaniyaya tədarükü nəzərdə tutulur.

Bundan əvvəl ABŞ Dövlət Departamenti 16 milyard dollar dəyərində silah satışını təsdiqləmişdi. Həmin paketə BƏƏ üçün hava hücumundan müdafiə sistemləri və bombalar, həmçinin Küveyt üçün HHM avadanlıqları daxil idi.

Nəşrin məlumatına əsasən, ABŞ administrasiyası əlavə olaraq BƏƏ ilə daha 7 milyard dollarlıq yeni müqaviləni də təsdiqləyib. Bu paketə “Patriot” sistemləri üçün PAC-3 raketləri (təxminən 5,6 milyard dollar) və CH-47 Chinook tipli helikopterlər (təxminən 1,32 milyard dollar) daxildir.

Qeyd olunur ki, əlavə paket daha əvvəl təsdiqlənmiş müqavilələrin davamı hesab olunur. Bu səbəbdən ABŞ hakimiyyəti həmin razılaşma ilə bağlı ictimai hesabat vermək öhdəliyi daşımır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
konkret.az

8Mənbələr