RU

Məhbus ailələri ilə aparıcı arasında aylarla davam edən qalmaqal

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tolik” kimi tanınan televiziya aparıcısı Tarix Əliyevlə məhbus ailələri arasında ötən ilin yayından başlayan qalmaqal indiyə qədər davam edir. Onların arasındakı çəkişmə Ali Məhkəməyə qədər gəlib çıxıb.

Bizimyol.info xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyilə “Tolik”ə qarşı kassasiya şikayətinə baxılıb.

Qeyd edək ki, aparıcının sosial şəbəkələrdə yayılan səs yazısında məhbus ailələrinin ünvanına təhqir xarakterli ifadələr səsləndiyinə görə məhbusların ailə üzvləri onu məhkəməyə verib. Şikayətçilərdən biri olan Arzu Hacıyeva xüsusi ittiham qaydasında məhkəməyə müraciətində Tarix Əliyevin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Nərimanov Rayon Məhkəməsi “Tolik”ə qarşı iddianı icraata gğtürməkdən imtina edib. İddiaçı tərəf bu qərardan apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi də Tarix Əliyevə qarşı şikayəti təmin etməyib. Bu səbəbdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Martın 17-də Ali Məhkəmədə bu məsələyə baxılıb və aşağı instansiya məhkəmələrinin qərarı qüvvədə saxlanılıb.

“Tolik”dən şikayətçi olan Arzu Hacıyeva məhkəmənin qərarından narazı qalıb:

“O, özünün aktiv istifadə etdiyi sosial şəbəkə hesabında bu qədər insanı təhqir edib. Biz də məhbus ailəsi olaraq müraciət etmişdik ki, məhkəmə onun əməlinə hüquqi qiymət versin. Təəssüf ki, məhkəmə bu qədər insanın təhqir olunmasına göz yumdu. Bundan əvvəl MAXE-ləri (Müddətdən Artıq Xidmət Edənlər) də təhqir etmişdi. Təəssüf ki, o zaman da cəzalandırılmadı. Cəzasızlıq da yeni-yeni qanunsuzluqlara rəvac verir”.

Tarix Əliyev məhbus ailələrinin onu məhkəməyə verməsinə münasibət bildirməsə də, onun vəkili məhkəmədə iddianın əsassız olduğunu deyib və icraata götürülməsinə etiraz edib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
96
bizimyol.info

1Источники