İrəvan birinci instansiya məhkəməsi Azərbaycana casusluq etməkdə ittiham olunan Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Aleksanyana bəraət verib.
Publika.az xəbər verir ki, bu barədə onun vəkili Abqar Poqosyan sosial mediada məlumat verib.
Baş Prokurorluqdan “Sputnik Ermənistan”a verilən məlumata görə, qərardan yuxarı məhkəməyə şikayət veriləcək.
Məhkəmənin qərarına görə, Aleksanyanın hərəkətləri dövlətə xəyanət maddəsi ilə deyil, vəzifə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə tənzimlənir.