
Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed Martin C-130J-30 Super Hercules” təyyarəsi Ermənistan üzərindən Azərbaycana uçuş həyata keçirib.
Yeniavaz.com “Sputnik Ermənistan” portalına istinadla xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Bufarikdən Bakıya uçuş diplomatik məqsədlər üçün həyata keçirilib.