RU

Laricaninin yerinə Cəlili keçə bilər İranda yeni siyasi xətt...

ain.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda Ali Milli Təhlükəsizlik Şurasının öldürülən katibi Əli Laricaninin yerinə sərt mövqeyi ilə tanınan siyasətçi Səid Cəlilinin təyin oluna biləcəyi güman edilir.Sitat.info xəbər verir ki, İranda bu ehtimalla bağlı sosial mediada çoxsaylı paylaşımlar edilib və mövzu geniş müzakirəyə səbəb olub. Bəzi istifadəçilər qeyd edirlər ki, Cəlilinin bu vəzifəyə gətirilməsi İranın ABŞ ilə mümkün danışıqlar və kompromis ehtimalını azalda bilər.Onların fikrincə, belə bir təyinat ölkənin “güzəşt yoxdur” xəttinin daha da sərtləşməsi anlamına gələ bilər. Digər tərəfdən, Laricaninin Qərb ölkələri ilə dialoq aparmaq bacarığı ilə seçildiyi vurğulanır.Qeyd edək ki, Cəlili 2007–2013-cü illərdə də Ali Milli Təhlükəsizlik Şurasının katibi olub və eyni zamanda İranın nüvə danışıqları üzrə baş nümayəndəsi kimi fəaliyyət göstərib.

Nigar,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
67
47
sitat.info

10Источники