AZ

İranda 41 yüksək vəzifəli şəxs öldürülüb - SİYAHI

ABŞ və İsrailin İrana qarşı müharibəsi artıq 19 gündür davam edir. Paytaxt Tehran və digər şəhərlərə hər gün endirilən hava zərbələri nəticəsində İran böyük itkilər verir. Müharibə dövründə İslam Respublikasının ümumilikdə 41 yüksək vəzifəli şəxsi öldürülüb.

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən onların siyahısını təqdim edir:

1)  Əli Xamenei – İran İslam Respublikasının Ali Rəhbəri, Ali Baş komandan;

2)  Əli Laricani – Ali Milli Təhlükəsizlik Şurasının katibi;

3) Əli Şamxani – Müdafiə Şurasının katibi (kontr-admiral), orduya və İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) nəzarət edən şəxs;

4)  Məhəmməd Pakpur – SEPAH Quru Qoşunlarının komandanı (general-mayor);

5)  Əbdülrəhim Musəvi – İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (general-mayor);

6) Əziz Nəsirzadə – İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri (briqada generalı);

7) Məcid İbn-e-Rza – Əziz Nəsirzadənin öldürülməsindən sonra müdafiə və silahlı qüvvələrə dəstək naziri təyin olunmuşdu (briqada generalı);

8)  Məhəmməd Şirazi – Ali Rəhbərin hərbi ofisinin rəhbəri (briqada generalı);

9)  Hüseyn Cabal Amelian – Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatının (SPND) nüvə proqramının rəhbəri (briqada generalı);

10) Reza Mozaffari-Niya – SPND-nin keçmiş rəhbəri (briqada generalı), nüvə başlıqları mütəxəssisi;

11) Mohsen Dərrəbagi – Baş Qərargahın logistika üzrə müavini (briqada generalı);

12)  Qulamrza Reyzian – polis kəşfiyyatı (briqada generalı);

13) Bəhram Hüseyni Motlaq – Baş Qərargahın əməliyyat planlaşdırması idarəsinin rəisi (briqada generalı);

14)  Məhəmməd Baseri – MİS-in xaricdəki terror hücumları üzrə baş kəşfiyyat zabiti;

15) Saleh Əsədi – Xatəm əl-Ənbiya hava hücumundan müdafiə qərargahının kəşfiyyat idarəsinin rəisi;

16) Qulamrza Süleymani – SEPAH-ın “Bəsic” bölməsinin komandiri (briqada generalı)

17) Əsədullah Bədfar – Baş Qərargahda “Bəsic”in işinə cavabdeh olan idarənin rəisi (general);

18) Əbu əl-Qasım Babaian – Ali Rəhbərin hərbi bürosunun zabiti (briqada generalı);

19) Abdullah Cəlali-Nəsab – Baş Qərargahda hava hücumundan müdafiə sahəsində kəşfiyyat zabiti;

20) Əmir Şəriət – Baş Qərargahda hava hücumundan müdafiə kəşfiyyatı zabitinin müavini;

21) Mehdi Rəbbani – SEPAH Hərbi Hava Qüvvələri komandanının müavini (briqada generalı);

22) Əli Rza Təngsiri – İran Hərbi Dəniz Qüvvələrinin komandanı (kontr-admiral);

23) Fereydun Abbasi – İran Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri (nüvə enerjisinə nəzarət edirdi);

24) Məhəmməd Mehdi Tehrançi – nüvə proqramı fizikası (nüvə enerjisi üzrə müavini);

25) Əhməd Xocastə – SEPAH-ın raket briqadasının komandiri (polkovnik);

26) Hüseyn Salami – SEPAH-ın komandiri (general-mayor);

27) Kiyameddin Sadeqi – SEPAH-ın kəşfiyyat üzrə müavini (briqada generalı);

28) Morteza Merrici – SEPAH-ın kiber komandanlığı (briqada generalı);

29) Həsən Mohaghegh – SEPAH-ın Hərbi Hava Qüvvələrinin zabiti (briqada generalı);

30) Əmir Əli Hacızadə – SEPAH aerokosmik qüvvələrinin zabiti (briqada generalı);

31) Yadollah Cervi – Hərbi Dəniz Qüvvələri komandanının müavini (kontr-admiral);

32) Mohsen Hacızadə – Tehranın hava hücumundan müdafiəsinə\ cavabdeh olan komandan (polkovnik);

33) Abbas Nilipur – SEPAH-ın 14-cü diviziyasının komandiri (briqada generalı);

34) Seyid Məcid Musəvi – İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək Nazirliyinin kiber bölməsi (polkovnik);

35) Fərhad Şirzadi – SEPAH-ın Xüsusi Təyinatlı Qüvvələrinin rəisi (briqada generalı);

36) Rza Şahidsales – SEPAH-ın raket lojistikası bölməsinin zabiti (polkovnik);

37) Mehdi Baqeri – Xameneinin təhlükəsizlik üzrə keçmiş müşaviri (briqada generalı);

38) Əli Fədavi – SEPAH komandanının Hərbi Dəniz Qüvvələri üzrə müavini (kontr-admiral);

39) Hüseyn Həmdani – Xameneinin Suriya üzrə müşaviri (general-mayor);

40) Cəlal Hacızadə – SEPAH-ın Raketdən Müdafiə Qüvvələrinin rəisi (briqada generalı);

41) Məhəmməd Kazemi – İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək Nazirliyinin İsrail üzrə kəşfiyyat zabiti (polkovnik).

Qeyd edək ki, bu şəxslərin ölümü İran rəsmiləri tərəfindən təsdiqlənib.

"Cebheinfo.az"

Seçilən
17
14
cebheinfo.az

10Mənbələr