RU

İrandan ABŞ və İsrailə qisas hücumları - Netanyahu isə sürpriz vəd edir

İran İsrailin Nahariya, Beyt Şemeş, Tel-Əviv və Qərbi Qüds ərazilərinə, eləcə də İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Bəhreyndəki ABŞ bazalarına raket və pilotsuz təyyarə hücumları həyata keçirdiyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) "Sadiq vəd 4" əməliyyatının 58-ci dalğasının bir hissəsi olaraq yuxarıda adı çəkilən məkanların vurulması barədə bəyanat yayıb. Bəyanatda bildirilir ki, ABŞ bazaları ağır döyüş başlıqlı “Fəttah”, “Xorrəmşəhr”, “Xeybərşiken” və “Qədir” raketləri, orta mənzilli “Fatih” və “Qiyam” raketləri ilə hədəfə alınıb və hücumlarda dronlardan da istifadə edilib.

İddialara görə, İraqdakı ABŞ “Viktoriya” bazası, Küveytdəki “Əli Əl-Salem” hava bazası, Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” hava bazası və Bəhreyndəki ABŞ bazaları hədəfə alınıb. Məlumata görə, hücumların hədəfi 5-ci donanma dəniz bazası olub. Əməliyyatın ABŞ və İsrailin hücumları nəticəsində həlak olan uşaqlara, xüsusən də Minab məktəbinin şagirdlərinə və bu müharibənin ən kiçik qurbanı olan üç günlük körpə Müctəbaya həsr olunduğu vurğulanıb.

İsrailin baş naziri Benyamin Netanyahu isə ABŞ ilə birgə hücumlar həyata keçirməklə İran xalqına azadlıq fürsəti təqdim etdiklərini iddia edərək, ölkədə xalq üsyanına yardım etdiklərini bildirib.

O, İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricaninin İranın faktiki hökmdarı olduğunu iddia edərək, onun öldürüldüyünü elan edib. Daha sonra Netanyahu deyib ki, raket və PUA zərbələri ilə Tehran rejiminə zərbə vurur, İran xalqına molla rejimini devirmək üçün şansı verirlər. O, bunun birdən baş verməyəcəyini və çətin olacağını deyib və əlavə edib ki, İran xalqına azadlıq fürsəti təqdim edəcəklər. "Eyni zamanda, biz Körfəzdəki amerikalı dostlarımıza da kömək edirik", - deyən Netanyahu dünən ABŞ prezidenti Donald Trampla uzun bir görüş keçirdiyini, iki ölkənin əməkdaşlıq etdiyini və Tehran rejiminə təzyiq göstərən dolayı və birbaşa hücumlara kömək edəcəklərini bildirib.

Netanyahu həmçinin deyib: "İndi başqa bir məsələyə keçək; müharibədə qalib gəlmək üçün ən vacib şey qətiyyət, qətiyyət və qətiyyətdir. Liderlərin qətiyyəti, komandirlərin qətiyyəti və xalqın qətiyyəti. Biz qalib gəlməyə qərarlıyıq və bu məqsədlərə çatacağıq".

Netanyahu əvvəlki açıqlamasında sürprizlərin olduğunu və müharibələrin taktika ilə qazanıldığını təkrarlayıb.

Musavat.com

Избранный
40
50
musavat.com

10Источники