AZ

Netanyahu: Laricaninin öldürülməsi rejimi devirmək üçün İran xalqına dəstək idi

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Laricaninin öldürülməsi İran xalqına rejimi devirmək fürsəti vermək məqsədi daşıyır.

Moderator.az “The Times of Israel”ə istinadən xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin və Bəsic qüvvələrinin komandanı Qolamreza Süleymaninin öldürülməsi “İran xalqına fürsət vermək üçün rejimə ziyan vurmaq” cəhdi idi.

“Bu dərhal baş verməyəcək. Asan olmayacaq. Amma təkid etsək, onlara öz talelərini əllərinə almaq üçün bir fürsət verəcəyik”,- Netanyahu vurğulayıb.

O İsrail və ABŞ arasında əməkdaşlığa da diqqət çəkib.

“Bizim hərbi hava qüvvələrimiz və donanmalarımız, mənim və Prezident Trampın arasında əməkdaşlıq var. Biz həm İran rejiminə böyük təzyiq göstərən dolayı hücumlar, həm də birbaşa əməliyyatlar həyata keçirəcəyik. Hələ daha da çox sürprizlər var”,- İsrailin Baş naziri qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
16
moderator.az

10Mənbələr