Torpaqlarımızın azad edilməsində əməyi olan qazilərə cansağlığı arzulayıram. Bizə doğma yurdumuza qayıtmağımıza şərait yaratdığı üçün Prezidentimizə təşəkkür edirəm. Bu gün çox sevincliyəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ağdərə rayonunun Həsənriz kəndinə köçən keçmiş məcburi köçkün Nüşabə Əzizova söyləyib.
O, 38 yaşında məcburi köçkün düşdüyünü, bu gün isə 68 yaşında Ağdərə rayonunun Həsənriz kəndinə qayıtdığını bildirib.