Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 17 mart, AZƏRTAC
Torpaqlarımızın azad edilməsində əməyi olan qazilərə cansağlığı arzulayıram. Bizə doğma yurdumuza qayıtmağımıza şərait yaratdığı üçün Prezidentimizə təşəkkür edirəm. Bu gün çox sevincliyəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ağdərə rayonunun Həsənriz kəndinə köçən keçmiş məcburi köçkün Nüşabə Əzizova
söyləyib.
O, 38 yaşında məcburi köçkün düşdüyünü, bu gün isə 68 yaşında Ağdərə rayonunun Həsənriz kəndinə qayıtdığını bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.