RU

Hərbi nəqliyyat təyyarəsi Bakıya niyə uçub? SƏBƏB

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus "Lockheed Martin C-130J-30 Super Hercules" təyyarəsi Azərbaycana diplomatik məqsədlər üçün uçub. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi medianın sorğusuna cavab olaraq bildirib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, C-130J təyyarəsinin Bufarik-Bakı marşrutu ilə Ermənistan hava məkanından uçuşu diplomatik məqsədlər üçün həyata keçirilib.

Qeyd edək ki, təyyarə fevral ayında Ankaradan Bakıya və Bakıdan Bufarikə (Əlcəzair) uçmaq üçün Ermənistan hava məkanından istifadə edib.

Ağarza Elçinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
60
2
unikal.az

10Источники