RU

Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı



Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.

ZÜMRÜD

Избранный
54
24
baki-xeber.com

10Источники