AZ

Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı

Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
 
Bu barədə Moderator.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr bölməsindən bildirilib.
 
Məlumata görə, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.
 
Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.
 
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.
 
Seçilən
32
24
moderator.az

10Mənbələr