AZ

Avtobus zolağı ilə hərəkət edən "Ferrari" ilə bağlı tədbir görülüb

Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən "Ferrari" markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Far.Az xəbər verir ki, Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsindən bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.

Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.

Seçilən
62
31
far.az

10Mənbələr