Sənətçi bildirib ki, cəmiyyət yaxşı işləri dəstəkləməlidir: "Ağıllı, gözəl, Azərbaycan dilini, ədəbiyyatını qoruyan, bizi biz edən və utandırmayan bütün işlərə dəstək olmalıyıq. Yaxşı filmlər, seriallar, verilişlər, əsərlər, operalar, baletlər olmalıdır. Heç olmasa həftədə, ayda bir dəfə valideyn deməlidir ki, uşağımı teatra, kitabxanaya aparıram. Biz şikayət edə bilmərik ki, bizim cəmiyyət maarif həyatı yaşamır. Yaşayır, sadəcə internetdə baş verənlərin iştirakçısı olmamalıyıq. Bayağını paylaşmamalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31