Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xalq artisti Tünzalə Ağayeva ARB TV-də yayımlanan “Sən olsaydın” verilişinin qonağı olub.
SİA xəbər verir ki, pop ulduz söhbət əsnasında mariflənmə mövzusuna toxunub.
Sənətçi bildirib ki, cəmiyyət yaxşı işləri dəstəkləməlidir: “Ağıllı, gözəl, Azərbaycan dilini, ədəbiyyatını qoruyan, bizi biz edən və utandırmayan bütün işlərə dəstək olmalıyıq. Yaxşı filmlər, seriallar, verilişlər, əsərlər, operalar, baletlər olmalıdır. Heç olmasa həftədə, ayda bir dəfə valideyn deməlidir ki, uşağımı teatra, kitabxanaya aparıram. Biz şikayət edə bilmərik ki, bizim cəmiyyət maarif həyatı yaşamır. Yaşayır, sadəcə internetdə baş verənlərin iştirakçısı olmamalıyıq. Bayağını paylaşmamalıyıq”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.