“Ağıllı, gözəl, Azərbaycan dilini, ədəbiyyatını qoruyan, bizi biz edən və utandırmayan bütün işlərə dəstək olmalıyıq".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva “Sən olsaydın” verilişində deyib.
"Yaxşı filmlər, seriallar, verilişlər, əsərlər, operalar, baletlər olmalıdır. Heç olmasa həftədə, ayda bir dəfə valideyn deməlidir ki, uşağımı teatra, kitabxanaya aparıram. Biz şikayət edə bilmərik ki, bizim cəmiyyət maarif həyatı yaşamır. Yaşayır, sadəcə internetdə baş verənlərin iştirakçısı olmamalıyıq. Bayağını paylaşmamalıyıq” deyə, müğənni sözlərinə əlavə edib.
"Cebheinfo.az"