RU

Dambrauskas “Qəbələ” üzərində darmadağını şərh etdi – ARENA.AZ

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azəraycan Premyer Liqasının 23-cü turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamı təbrik edirəm. Rəqibimiz haqqında xoş sözlər demək istəyirəm. Ola bilər ki, bu gün hesab bir az fərqli oldu, amma bundan əvvəl 120 dəqiqəlik qarşılaşma və s. amillər “Qəbələ”nin bugünkü oyununa təsir etdi. Növbəti matça hazırlaşmalıyıq. Kubok oyunları ilə çempionat oyunları arasında fərq olur. Rəqib müdafiənin arxasına yaxşı hücum edən oyunçulardan ibarətdir. Lakin futbolçularım bu hücumların qarşısını almağı yaxşı bacardılar.

Coy Lens Mikels ikinci hissənin başlanğıcında zədəsi ilə əlaqədar əvəz olundu. O, hələ oyunlara tam olaraq hazır deyil. Amma onun bu vəziyyətdə belə qollar vurması çox sevindiricid məqamdır. Andrey Santosa gəlincə, meydanda az vaxt keçirdiyinə görə, onun oyunu barədə hər hansı fikir bildirmək doğru olmazdı. Amma məşqlərdə çox çalışır və gələcəyə dair ümid verir. O, gəncdir və bundan sonra komanda üçün çox xeyir verəcək. Hər bir futbolçumuz bizim üçün dəyərlidir. Mənim üçün favorit oyunçu matç günü meydanda olandır. Hər 3 hücumçumuz bizə çox lazımdır. Xəyal Əliyevin bu gün sağlamlıqla bağlı narahatlığı var idi. Ona görə bu gün meydanda olmadı. Amma ona da sonrakı oyunlarda çox ehtiyacımız olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
74
8
arena.az

10Источники