AZ

Sxadadze: “Oyunçularımız bu oyuna hazır deyildilər” – ARENA.AZ

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş oyununda “Qəbələ” 1:7 hesablı məğlubiyyətə üzülüb.

Kaxaber Sxadadze oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün böyük hesabla məğlub olduq. Əlbəttə, belə hallarda məşqçi məsuliyyəti öz üzərinə götürür. Bu oyunu analiz edib səhvlərimizdən nəticə çıxarmalıyıq. Nələri səhv etdiyimizi aşkara çıxarmalıyıq. Oyunçularımızın əksəriyyəti birmənalı olaraq bu oyuna hazır deyildilər. İki çox sadə səhvdən qol buraxdıq. Ondan sonra isə rəqib müdafiəmizdəki boşluqlardan istifadə etdi. “Sabah” kimi komandaya qarşı bu cür boşluqlar yaratmaq olmaz. Çünki onlar bu boşluqlardan istifadə edirlər. Bundan sonra isə hesab artmağa başladı. Əlbəttə, oyunu yaxşı analiz etməliyik. Danışacaq çox şey yoxdur”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
29
7
arena.az

10Mənbələr