RU

Hindistan vətəndaşları İrandan Azərbaycana GƏLDİ - FOTO

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

Bizim.Media xəbər verir ki, növbəti mərhələdə 3 Hindistan vətəndaşı sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olub.
 

Təxliyə olunan şəxslər sərhəd məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.


İrandan xarici vətəndaşların təxliyəsi mərhələli şəkildə davam etdirilir.


Sabutay, Bizim.Media, Cənub bürosu

Избранный
64
3
bizim.media

10Источники