“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici vətəndaşların təxliyəsi davam edir.
Bakıvaxtı.az xəbər verir ki, hazırda 3 Hindistan vətəndaşı buraxılış məntəqəsi vasitəsilə təxliyə olunub.
Onlar sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.
Təxliyə prosesi davam edir.