RU

İlk 2 ayda dövlət büdcəsində 1,7 milyard manata yaxın artıqlıq yaranıb

ain.az, Marja.az portalına istinadən məlumat verir.

2026-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika davam edib.

Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 147 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cari ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinin gəlirləri 6 milyard 311,5 milyon manat təşkil edib ki, bu da proqnozu 58,3 milyon manat və ya 0.9 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 3 milyard 2 milyon manat təşkil edərək proqnozdan 79,5 milyon manat və ya 2.7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983,1 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 0.3 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 9,8 milyon manat təşkil edərək proqnozdan 0,9 milyon manat və ya 10.2 faiz, sair daxilolmalar 63,4 milyon manat təşkil edərək proqnozdan 15,7 milyon manat və ya 32.9 faiz çox, Dövlət Neft Fondundan transfert isə 2 milyard 140 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

İş elanları AzVak.az-da

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 113,2 milyon manat təşkil edərək proqnoza qarşı 73.5 faiz icra olunub.

Yanvar-fevral ayları ərzində dövlət büdcəsinin xərcləri 4 milyard 803,4 milyon manat proqnoza qarşı 4 milyard 643,1 milyon manat məbləğində icra edilib ki, bu da 96.7 faiz təşkil edir. Büdcənin icrasında 1 milyard 668,4 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.

2026-cı ilin yanvar-fevral ayları ərzində icmal büdcənin gəlirləri 7 milyard 558,3 milyon manat, xərcləri  isə 5 milyard 338,4 milyon manat məbləğində icra edilib.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
76
46
marja.az

10Источники