Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 6.3 milyard manatı ötüb.
Oxu.Az xəbər verir ki, bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 147 mindən çox ödəniş tapşırığı icra edilib və büdcənin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Cari ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinin gəlirləri 6 milyard 311 milyon 500 min manat təşkil edib ki, bu da proqnozu 58.3 milyon manat və ya 0.9 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 3 milyard 2 milyon manat təşkil edərək proqnozdan 79.5 milyon manat və ya 2.7 faiz çox, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983 min 100 manat (proqnozdan 3.1 milyon manat və ya 0.3 faiz), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 9.8 milyon manat (proqnozdan 0.9 milyon manat və ya 10.2 faiz), sair daxilolmalar 63.4 milyon manat (proqnozdan 15.7 milyon manat və ya 32.9 faiz) artıq, Dövlət Neft Fondundan transfert isə 2 milyard 140 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra olunub.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 113.2 milyon manat təşkil edərək proqnoza qarşı 73.5 faiz icra olunub.
Yanvar-fevral ayları ərzində dövlət büdcəsinin xərcləri 4 milyard 803 milyon 400 min manat proqnoza qarşı 4 milyard 643 milyon 100 min manat məbləğində icra edilib ki, bu da 96.7 faiz təşkil edir.
2026-cı ilin yanvar-fevral ayları ərzində icmal büdcənin gəlirləri 7 milyard 558 milyon 300 min manat, xərcləri isə 5 milyard 338 milyon 400 min manat məbləğində icra olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.