RU

Mingəçevirdə evdə kişi meyiti tapıldı

Mingəçevirdə evdə kişi meyiti aşkar edilib.

“Unikal”ın məlumatına görə, hadisə şəhərin Müşfiq Rəhimov küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü şəhər sakini Əli Kərimov yaşadığı evdə ölü vəziyyətdə tapılıb. Onun ölüm səbəbləri hələlik məlum deyil və araşdırılır.

Qeyd edək ki, Ə.Kərimov vaxtilə şəhərdəki 17 saylı məktəbdə idman müəllimi kimi fəaliyyət göstərib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Избранный
38
13
unikal.az

10Источники