AZ

Mingəçevirdə mənzildə kişi meyiti aşkarlandı

Mingəçevirdə mənzildə kişi meyiti aşkarlanıb.

“Unikal”ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivində yerləşən binalardan birinin mənzilində baş verib. Əslən Naxçıvandan olduğu bildirilən və şəhərdəki N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçən (MAXE) gənc hərbçinin meyiti kirayədə yaşadığı mənzildə aşkar edilib.

Məlumata görə, meyit binanın 4-cü mərtəbəsində yerləşən mənzildə tapılıb. İlkin baxış zamanı üzərində hər hansı zorakılıq əlaməti müəyyən olunmayıb.

Meyitin kimə məxsus olduğu və ölümün səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
98
13
unikal.az

10Mənbələr