AZ

Gəncədən dərmandan zəhərlənən 38 yaşlı kişi öldü

Gəncədə dərmandan zəhərlənən şəxs ölüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib. Sözügedən ərazidə yaşayan 1988-ci il təvəllüdlü M.Qasımovun yaşadığı evdən meyiti tapılıb. Məlumata görə, 38 yaşlı kişi dərmandan zəhərlənərək ölüb. Onu hansı şəraitdə dərmandan zəhərlənməsi hələlik məlum deyil. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov 

Seçilən
64
13
unikal.az

10Mənbələr