ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edib.
Redaktor.az xəbər verir ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Naxçıvan-Bakı maşrutu ilə "J2 252" saylı reyslə uçan sərnişinlər qeydiyyatdan keçirlər. Bakıdan çıxan reys bir neçə dəqiqədən sonra Naxçıvan aeroportuna eniş edəcək.
Qeyd edək ki, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək (Report).
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.