AZ

Bakıdan Naxçıvana birbaşa uçuşlar bərpa edilib - CƏDVƏL

Bu gün saat 18:00-da Bakıdan havaya qalxan sərnişin təyyarəsi Naxçıvana eniş edib.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, bununla da hava limanında uçuşlar yenidən həyata keçirilməyə başlayıb.

AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli:

 

Reys

 

Bakıdan qalxma

 

Naxçıvandan qalxma

J2 2251 / 2252

18:00

20:00

J2 2253 / 2254

19:00

21:00

J2 2255 / 2256

20:00

22:00

J2 2257 / 2258

21:00

23:00

Qeyd edilib ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.

"AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar", - AZAL-dan bildirilib.

Qeyd edək ki, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumları səbəbilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bütün reyslər ləğv olunmuşdu.

Seçilən
69
21
qaziler.az

10Mənbələr