RU

Kilian Mbappe və Cud Bellingem üçün xüsusi mütəxəssis – ARENA.AZ

Məlum olduğu kimi, “Real”ın fransalı ulduzu, 27 yaşlı mərkəz hücumçusu Kilian Mbappe daha əvvəl aldığı zədədən müalicə alır.

Arena.az xəbər verir ki, müalicə-bərpa mərhələsini tezləşdirmək niyyətində olan fransalı ulduzun sol dizinin arxa xaçvari bağlarının yüklənmiş vəziyyətdə olduğu müəyyənləşib.

Vurğulanır ki, məhz bu məqamdan sonra Mbappe sağlamlığını təhlükə altına atmamaq qərarına gəlib.

“Real”da Mbappe ilə yanaşı, ingiltərəli hücumameyilli yarımmüdafiəçi Cud Bellingem də zədədən əziyyət çəkir. “Kral klubu” futbolçularının hər iki ikisinin səmərəli müalicə alamaları və bərpa olmaları məqsədilə onları xüsusi mütəxəssislərin ixtiyarına verilib.

Vurğulanır ki, Bellingem Londona, Mbappe isə Parisə göndərilib. Futbolçular müalicə-bərpa mərhələlərini tamamladıqdan sonra, Madridə – “qaymaqlılar”ın düşərgəsinə qayıdacaqlar.

Yeri gəlmişkən, müəyyən büdrəmələrlə üzləşsə də, “Barselona”nın parlaq mövsüm keçirdiyi mənzərədə, “Real” əzəli rəqibi ilə müqayisədə xeyli sönük gözə dəyir. 67 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edən “Barselona”nı 2-ci pillədən 63 xalla təqib edən ən yaxın izləyicisi “Real”ın düşərgəsində, “blauqrana” ilə müvafiq xal fərqini aradan qaldıra biləcəklərinə inanmırlar.

Vurğulanır ki, “qaymaqlılar”ın futbolçuları bəzi aparıcı oyunçularının sıradan çıxması ilə düşdükləri uğursuzluqlar zolağında özlərini “tamamilə köməksiz” hiss edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
124
3
arena.az

10Источники