AZ

Qurban Qurbanov: “Onun qarşısını kəsməyə ehtiyac görmədik” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 24-cü turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox yaxşı mübarizə oldu, yaxşı dinamika var idi. Bizim üçün vacib oyun idi. Qarşımızda çox istəkli, bizi çox yaxşı təhlil etmiş kollektiv var idi. Sona qədər təslim olmadılar. Bizə rahat oynamağa imkan vermədilər. Rəşad Sadıqova və komandasına uğurlar arzulayıram.

Avrokubok oyunları olmayanda daha sərbəst oluruq. Amma hələ optimal formamızdan uzağıq. Tam özümüzə gəlməmişik. Bəzi futbolçuların performansında çatışmazlıqlar var. Komanda az-çox yorulur. Futbolçular Çempionlar Liqasında hər oyunda çox enerji itirirdilər. Gərgin mövsüm keçdi. Hər matçdan öncə məsuliyyət, stress… Futbolçular çox yükləndilər. Hətta özüm də. İnanıram ki, qarşıdakı matçlara daha yaxşı köklənəcəklər. Qarşıda yenə sıx qrafik olacaq. 3-4 gündən bir oynayacağıq. Xeyirlisi. Yenə də çalışacağıq ki, futbolçuları tam hazır edək və sıx qrafikə uyğunlaşsınlar.

Kubok və çempionat oyunlarını ardıcıl eyni komandaya qarşı keçirmək xoş deyil. Bəzən azarkeşlər üçün də bir rəqiblə oynayıb, sonra pauza edib yenidən onlarla oynamaq yaxşıdır. Yəqin qrafik sıxdır deyə, belə olub. Hər iki komanda üçün eyni vəziyyət olacaq. Mən də istəyərdim ki, bir rəqiblə oynadıqdan sonra vaxt olsun, hazırlaşaq”.

Qurban Qurbanov Kris Kuakunun Norveçin “Sarpsborq” klubuna keçidinə də şərh verib:

“Kuaku intizamlı futbolçu idi. Daha çox oynamaq istəyirdi. Amma burada az oynayırdı. Məşqçi olaraq onu başa düşərək, bu keçidə “yox” demədim. Onda da alınmadı, bizdə də. Bundan sonra oyunlarımızın sayı az olacaq. Bu üzdən də onun qarşısını kəsməyə ehtiyac görmədik.

Qurban Qurbanov “Sabah”ı daha şanslı sayır

Qurbanov “Sabah”la çempionluq mübarizəsindən də söhbət açıb:

“Sabah” hazırda çox yaxşı vəziyyətdədir. Özünəməxsus oyun üslubu olan komandadır, yaxşı kollektiv və yaxşı baş məşqçiləri var. Üstünlük onların tərəfinddədir. Amma sona qədər mübarizə aparacağıq. Heç kimə təslim olmurlar. Qarşıdakı matçlarda mütləq daha istəkli, daha ciddi olmalıyıq. Xeyirlisi. Heç vaxt deməmişəm ki, taleyimiz öz əlimizdədir, hər şey Allahın əlindədir. İndiki “Sabah”ın istənilən komandaya o sayda qol vuracağını gözləyirəm. Stadionun durumu bizimlə oyundan daha yaxşı idi. Nə qədər futbolçu zədədən qurtuldu orada”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
19
1
arena.az

10Mənbələr