RU

Rüfət Nasosnu "Milyonların şousu"nda - VİDEO

"Milyonların şousu" proqramının iştirakçıları arasında meyxanaçı Rüfət Nasosnu da yer alıb.

O, şouda 10 sualı doğru cavablandırıb. Meyxanaçı bu mərhələyə qədər yalnız bir kömək haqqından istifadə edib.

Rüfət 10-cu sualı cavablamaqla verilişdə itirilməyəcək 3000 manat məbləği əldə edib. Lakin şou vaxt bitdiyi üçün yekunlaşıb. Bu səbəbdən meyxanaçı geridə qalan 5 sualı növbəti buraxılışda cavablandıracaq. Onun bu sualları cavablandırmaq üçün iki kömək haqqı qalmaqdadır.

Rüfət şou əsnasında proqramda iştirak etməyin onun uşaqlıq arzularından biri olduğunu qeyd edib. O əlavə edib ki, artıq bu xəyalını reallaşdırdığı üçün özünü nəticədən asılı olmayaraq qalib sayır. (Axşam.az)

Избранный
89
6
musavat.com

7Источники