AZ

Rüfət Nasosnu "Milyonların şousu"nda: Böyük uduşdan onu cəmi 5 sual ayırır

"Milyonların şousu" proqramının bugünkü iştirakçıları arasında meyxanaçı Rüfət Nasosnu da yer alıb.

"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, o, şouda 10 sualı doğru cavablandırıb. Meyxanaçı bu mərhələyə qədər yalnız bir kömək haqqından istifadə edib.

Rüfət 10-cu sualı cavablamaqla verilişdə itirilməyəcək 3000 manat məbləği əldə edib. Lakin şou vaxt bitdiyi üçün yekunlaşıb. Bu səbəbdən meyxanaçı geridə qalan 5 sualı növbəti buraxılışda cavablandıracaq. Onun bu sualları cavablandırmaq üçün hələ iki kömək haqqı qalmaqdadır.

Rüfət şou əsnasında proqramda iştirak etməyin onun uşaqlıq arzularından biri olduğunu qeyd edib. O, əlavə edib ki, artıq bu xəyalını reallaşdırdığı üçün özünü nəticədən asılı olmayaraq qalib sayır.

https://www.instagram.com/reel/DVmEfxdACvG/?utm_source=ig_web_copy_link

"Cebheinfo.az"

Seçilən
7
2
cebheinfo.az

3Mənbələr