Bakı. Trend:
7 mart tarixində təqribən saat 17:00 radələrində Moskvaşəhərində yerləşən Columbus ticarət mərkəzindən əsas yola çıxarkəngözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol iləgələn avtomobil Səfirliyin diplomatik nömrəli avtomobilini arxadanvurmuşdur.
Azərbaycan Respublikasının Rusiya FederasiyasındakıSəfirliyindən Trend-ə verilən məlumata görə, beləliklə avtomobilinersiya nəticəsində Prajskaya metrosunun çıxışının girişqapılarının birinə dəymişdir.
Bildirilib ki, döngə ilə metronun çıxışı arasında məsafənin azolması səbəbindən avtomobil qapıya çırpılmışdır.
Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almamışdır.
Avtomobili diplomatın həyat yoldaşı idarə edirdi.