AZ

Azərbaycan səfirliyinin avtomobili Moskvada metronun girişinə çırpılıb FOTO

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən "Columbus" ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil Səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi məlumat yayıb.

Qeyd olunur ki, avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəymişdir. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb.

Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almayıb.

Avtomobili diplomatın həyat yoldaşı idarə edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
101
22
cebheinfo.az

10Mənbələr