RU

Rusiya bayrağını Qvineya bayrağına dəyişən gəmi saxlanıldı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveç Sahil Mühafizə Xidməti İsveç polisinin dəstəyi ilə, krallığın cənubundakı Trelleborq sahillərində Qvineya bayrağı altında üzən Caffa yük gəmisini saxlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin mətbuat açıqlamasında bildirilib.

Sahil Mühafizə Xidməti ilkin araşdırmaya başlayıb və gəminin dənizə yararsız olduğunu düşünür.

Mülki Müdafiə naziri Karl-Oskar Bohlinin sözlərinə görə, gəmi Ukraynanın sanksiya siyahısındadır.

“Gəmi Ukraynanın sanksiya siyahısındadır, mülkiyyət strukturu bəlli deyil və sığortasının olmaması şübhəsi var. Bildirilir ki, gəmi bu yay bayrağını Rusiya bayrağından Qvineya bayrağına dəyişdirib”, – nazir bildirib.

SVT televiziyasının məlumatına görə, gəmi Mərakeşin Kasablanka şəhərindən Sankt-Peterburqa gedərkən ələ keçirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
4
globalinfo.az

7Источники