RU

Dünyanın idman gimnastları Bakıda

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dünən Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilib.

Milli Gimnastika Arenasında təşkil olunan yarışın startından əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.

İdmançılar Milli Gimnastika Arenasında təşkil olunan yarışların ilk günündə təsnifat mərhələsində qüvvələrini sınayıblar.

Turnirdə Azərbaycanı təmsil edən iki gimnast adını finala yazdırıb. Belə ki, Nikita Simonov halqalarda, Dəniz Əliyeva isə dayaqlı tullanmada həlledici raundda iştirak hüququ qazanıb. Bu mərhələnin yarışları martın 7-də keçiriləcək və ilk medalçılar müəyyənləşəcək.

30-dan çox ölkədən idmançıların mübarizə apardığı Dünya Kuboku martın 8-də başa çatacaq.

Qabil YUSİFOĞLUXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
1
xalqqazeti.az

4Источники