ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 5 mart, AZƏRTAC
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku davam edir.
AZƏRTAC xəbər verir ki, idmançılar Milli Gimnastika Arenasında təşkil olunan yarışların ilk günündə təsnifat mərhələsində qüvvələrini sınayıblar.
Turnirdə Azərbaycanı təmsil edən iki gimnast adını finala yazdırıb. Belə ki, Nikita Simonov halqalarda, Dəniz Əliyeva isə dayaqlı tullanmada həlledici raundda iştirak hüququ qazanıb. Bu mərhələnin yarışları martın 7-də keçiriləcək və ilk medalçılar müəyyənləşəcək.
30-dan çox ölkədən idmançıların mübarizə apardığı Dünya Kuboku martın 8-də başa çatacaq.
Müxbir – Aynur Əlixanlı
Fotoqraf – İlqar Cəfərov






























Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.