RU

Dünya çempionatı: Azərbaycan - Macarıstan oyununu portuqaliyalı hakimlər idarə edəcək

Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının dünya çempionatının seçmə mərhələsində Macarıstana qarşı keçirəcəyi oyunun hakim təyinatları bəlli olub.

"Report" AFFA-ya istinadən xəbər verir ki, C Liqasının 3-cü qrupunda keçiriləcək qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Filipa Pereyra Kunya matçın baş hakimi olacaq. Ona yan xətt hakimləri Andreya Souza və Kristiana Moreyra Kosta kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sara Alves yerinə yetirəcək.

Qeyd edək ki, görüş martın 7-də, Bakı vaxtı ilə saat 17:30-da Felksutdakı "Panço Arena"da keçiriləcək.

Избранный
39
3
far.az

10Источники